“Fətullah Gülən bir gün Türkiyəyə veriləcək” –Erkan Özoral 15 iyul çevriliş cəhdinin iki illiyi ərəfəsində mətbuat konfransı keçirdi

“Fətullah Gülən bir gün Türkiyəyə veriləcək” –Erkan Özoral 15 iyul çevriliş cəhdinin iki illiyi ərəfəsində mətbuat konfransı keçirdi

 

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində 15 iyul dövlət çevrilişinin 2 illiyi ilə əlaqədar mətbuat konfransı keçirilib. 

Səfiri Erkan Özoral sözə başlayaraq iki il öncə Türkiyənin tarixinin ən acı gecəsini yaşadığını bildirib:

"FETÖ-çu terrorçular əsgər forması ilə dövlət çevrilişinə cəhd göstərdilər. Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə millətimiz küçələrə çıxdı və onların qarşısını aldı. 15 iyul gecəsi 250 nəfər türk vətəndakı şəhid oldu. FETÖ-çular 40 il ərzində Türkiyə dövlətinin sinir mərkəzlərinə yerləşdi və 15 iyul gecəsi dövlət çevrilişinə cəhd etdilər. Bu məsələ cəzasız qala bilməzdi. Məsələ ilə bağlı 289 cinayət işi açıldı. Hal-hazırda 101 məhkəmə prosesi davam etməkdədir. Dövlətimiz bu məhkəmə proseslərinin tez bir zamanda bitməsini istəyir. Çünki bu, hüquqi dövlət olmağın bir göstəricisidir”.

Açılan cinayət işi çərçivəsində 180 min nəfərin işdən çıxarıldığını deyən səfir qeyd edib ki, bunun nəticəsində bəzi problemlər də yarandı:

"İstintaq getdikcə məlum oldu ki, terrorçular gizli şəkildə işləyiblər. Araşdırmalar zamanı "By-Lock” adlı proqram üzə çıxdı. FETÖ gizlin iş görmək üçün xüsusi mesajlaşma proqramı yaradıb.

FETÖ-yə qarşı aparılan araşdırma ölkə xaricində də davam etdirilir. Belə ki, təkcə Türkiyədə yox, xaricdə də terrorçulara qarşı mübarizə aparırıq. FETÖ məktəblər açaraq özünə çox sayda üzv yığıb. Bu terror təşkilatı o qədər alçaqca iş görüb ki, insanların etbarından istifadə edərək, uşaqları, şagirdləri belə ələ alıblar”.

Erkan Özoral terrorla mübarizədə Türkiyəyə dəstək verən Azərbaycana təşəkkür edib: "Türkiyənin apardığı işlərə yardım edən dövlətlərdən biri də Azərbaycan olub. Bu işdə bizə dəstək olduğu üçün İlham Əliyevə təşəkkürümüzü bildiririk”.

Erkan Özoral FETÖ terror təşkilatının lideri Fətullah Gülənlə bağlı danışaraq qeyd edib ki, Fətullah Gülənin bir gün Türkiyəyə veriləcəyinə inanır:

"Biz təkcə Fətullah Güləni yox, terror təşkilatının rəhbərliyində olan hər kəsin cəzasını almasını istəyirik. Biz 40 ildir Türkiyədə terror təhdidi ilə yaşayırıq. Bu təkcə FETÖ deyil, PKK, İŞİD də Türkiyəyə qarşı terror etməkdədir. Türkiyəyə qarşı terror dayanana qədər mübarizəmiz davam etdiriləcək”.

Türkiyə ilə Azərbaycan qardaş ölkədir deyən Erkan Özal bildirib ki, bu qardaşlıq yaxşılarla bərabər pisləri də bir-birinə qatır:

"Biz terror təşkilatlarının təkcə Türkiyədə deyil, Azərbaycanda da kökünün kəsilməsi üçün iş görürük”. (yeniçağ.az)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}