Enerji qəzasını araşdıran Dövlət Komissiyasının üzvü: “Orada o qədər faktlar var ki…”

 

İ
yulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza bütün Azərbaycanı zülmətə qərq elədi, dövlətə və əhaliyə böyük ziyan vurdu.

Baş verən hadisə ilə bağlı Energetika Nazirliyi və "Azərenerji” ASC-nin  birgə rəsmi məlumatında bəyan bildirilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

Hadisədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə  qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyası yaradılıb.

Sərəncama görə, Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdırmalı və bu barədə Prezidentə məlumat verməlidir. Qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirilməli və həyata keçirilməli, görülmüş işlər haqqında ölkə başçısına mütəmadi məlumat verilməlidir.

Həmçinin, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.

Dövlət Komissiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru Nazim Məmmədov işlərin gedişi barədə Sozcu.info -a açıqlama verib.

Dövlət Komissiyasının üzvü  hadisə ilə bağlı hazırda araşdırmaların davam etdirildiyini bildirib.

"Mingəçevirdəki İstilik Elektrik Stansiyasındakı qəza çox mürəkkəb şəraitdə baş verib. Ona görə komissiya hələ də araşdırır ki, buna səbəb nə olub. Hadisənin ilkin səbəbləri hələ ki bəlli deyil. Çünki orada o qədər faktlar var ki, gərək onlar tam araşdırılsın. Bu çox məsuliyyətli işdir”.

Nazim Məmmədov Dövlət Komissiyasının iclaslarının müntənzəm olaraq keçirildiyini də qeyd edib.

"Aparılan araşdırmaların nəticələri tam olaraq bəlli olandan sonra ölkə başçısına məruzə ediləcək”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}