Gürcü müxalifəti prezidentliyə vahid namizədini müəyyənləşdirdi –Sabiq nazir olacaq

Gürcü müxalifəti prezidentliyə vahid namizədini müəyyənləşdirdi –Sabiq nazir olacaq

 

Gürcüstanın 10 müxalifət partiyası "Güc birlikdədir” adlı birlik yaradıb.

Təşkilat bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində vahid namizədlə iştirak edəcək. Vahid namizədin "Vahid Milli Hərəkat” Partiyasının üzvü Qriqol Vaşadze olacağı gözlənilir. Onun namizədliyi sabah rəsmən açıqlanacaq.

Qeyd edək ki, Q. Vaşadze 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri olub. O, ötən ilin oktyabrında yerli idarəetmə orqanlarına keçirilmiş seçkilər zamanı Kutaisi şəhərinin meri vəzifəsinə namizəd olsa da,  qalib gələ bilməyib. (APA)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}