“Zerkalnı” avtomobil nömrələri hərraca çıxarılacaq

“Zerkalnı” avtomobil nömrələri hərraca çıxarılacaq

 

Yaxın gələcəkdə avtomobillər üçün bəzi dövlət qeydiyyat nişanları (nömrələri) artıq hərrac yolu ilə satılacaq.

Sozcu.info xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, 001, 100, 111 rəqəmləri olan nömrələr üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında xüsusi rüsum nəzərdə tutulub.

Ekspert qeyd edib ki, "Dövlət rüsumu haqqında" qanuna edilən son dəyişikliyə əsasən, yaxın gələcəkdə Prezident tərəfindən həm hərrac qaydaları müəyyən ediləcək, həm də hansı nömrələrin hərracla satılacağı göstəriləcək. 

"Belə güman etmək olar ki, təkcə göstərdiyim üç variantda rəqəmləri olan nömrələr deyil, bəzi başqa nömrələr də hərracla satılacaq. Eyni zamanda adi nömrələr üçün nəzərdə tutlan 22 manat rüsum artıq 35 manat olacaq. Qanun bu gün dərc edilsə də, hələ tətbiq edilə bilməyəcək, çünki yeniliklərin tətbiqi üçün "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilməlidir. Həmçinin qeyd etdiyim hərrac qaydaları hazırlanaraq Prezident fərmanı ilə təsdiqlənməlidir"- deyə Ə.Hüseynov vurğulayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}