Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən pirotexniki vasitələr müsadirə olundu –Gömrükdə əməliyyat

 

Azərbaycan gömrükçüləri ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda pirotexniki vasitənin realizə edilməsinin qarşısını alıblar.

Sozcu.info  Dövlət Gömrük komitəsinə istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Opel Vectra” markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb.

Vətəndaş Elşad Əhmədovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada pirotexniki vasitələrin olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində cəmi 751 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkar olunub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}