Tarif Şurasını necə başa düşək?

Tarif Şurasını necə başa düşək?

 

 

Rüfət Quliyevin bazar iqtisadiyyatından xəbəri varmı?

 

Dünya bazarlarında Azərbaycan nefti bahalaşdığı bir zamanda Tarif Şurası metro və avtobuslarda gediş haqqının artırdı. Dünya bazarlarında Azərbaycan nefti bahalaşması o deməkdir avtomatik olaraq Azərbaycan dövlətinin gəlirləri artır. Ancaq dövlətin glirlərinin artmasına baxmayaraq Tarif Şurası metro və avtobuslarda gediş haqqının artırır.

Tarif Şurasının heç bir məntiqə sığmayan bu qərarını Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev əsaslandırmağa çalışıb. Deputatın sözlərinə görə, "Tarif Şurasını başa düşmək lazımdır”. İqtisad elmləri doktoru, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru olan deputat Rüfət Quliyev hesab edir ki, qiymət artımları istənilən ölkədə qeyri-populyar addım olsa da hökumət bəzən bütün bunlara rəğmən bu artıma getməkdə məcbur olur. İqtisad elmləri doktoru olan bu şəxs hesab edir ki, Tarif Şurasının növbəti iclasında metro və avtobuslarda gediş haqqını artırılması qaçılmaz idi. İqtisad elmləri doktoru olan deputat fikirini belə əsaslandırıb ki, "Bazar iqtisadiyyatıdır. Təbii ki, ölkəmizdə nəqliyyat xidmətlərinin artmasının səbəbləri var. İlk səbəbi ondan ibarətdir ki, bazar iqtisadiyyatında inflyasiya kimi bir amil mövcuddur”. Seçicilərin, yəni xalqın hüquq və maraqlarının müdafiəçisi olmalı olan deputatların hökumət təmsilçilərini, nazirlik və komitələrin mövqeyini müdafiə etməsi ilk dəfə deyil. Ancaq adının önündə iqtisad elmləri doktoru elmi dərəcəsi olan Rüfət Quliyevin qiymət artımını bazar iqtisadiyyatı ilə əsaslandırması bütün xalqı ələ salmaq kimi qəbul oluna bilər. Çünki, bazar iqtisadiyyatının tam oturuşduğu bir çox ölkələrdə hökumətlər ictimai nəqliyyatda qiymətlərin endirilməsi üçün zaman-zaman addımlar atırlar. Dünya bazarlarında nefti bahalaşan Azərbaycanda ictimai nəqliyyatda gedişhaqqını artılmasına qərar verildiyi bir zamanda Estoniyanın 15 regionundan 11-də sərnişinlər avtobuslardan pulsuz istifadə etməyə başladılar. Estoniyanın paytaxtı Tallin şəhərində ictimai nəqliyyat hələ 2013-cü ildən pulsuzdur. Bu layihə dövlət büdcəsindən maliyyələşdirilir. Estoniya hökuməti ictimai nəqliyyatı pulsuz etməklə estoniyalılar şəxsi avtomobillərindən imtina edərək ictimai nəqliyyata "mindirmək” və bununla da  ətraf mühiti çirklənmədən qorumaq niyyətindədir.

 

Tarif Şurasını necə başa düşək?

 Azərbaycan Tarif Şurası isə qiymətləri artır və onun bu antihumanist addımı millət vəkili adlandırılan şəxs tərəfindən müdafiə olunur. Belə görünür ki, Azərbaycan neftinin bir barellinin 76,4 dollara qalxaması da sosial problemlərin məngənəsində boğulan insanlara heç nə vədd etmir. Əksinə, Tarif Şurası metro və avtobuslarda gediş haqqını artır. İqtisad elmləri doktoru olan bir deputat isə bunu bazar iqtisadiyyatı ilə əsaslandırmaqdan çəkinmir. Görünür, iqtisad elmləri doktoru olan Rüfət Quliyevin bazar iqtisadiyyatı haqqında anlayışı da bu qədərdir. Əgər, deputat Rüfət Quliyevin fikirini əsaslandıracaq dəlilləri, qiymət artımını bazar iqtisadiyyatının vaz keçilməz qaydası olduğunu sübut edəcək fikirləri varsa onları dinləməyə hazırıq.

 

A.Nəbiyev,

"Yeni Sözçü” qəzet

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}