Ölüm xəbəri yayılan Həsənağa Sadıqovun oğlu: "Atam sağdır, Hacı Nuran..." - YENİLƏNİB

Ölüm xəbəri yayılan Həsənağa Sadıqovun oğlu: "Atam sağdır, Hacı Nuran..." - YENİLƏNİB

 

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış musiqiçi Həsənağa Sadıqovun sosial mediada vəfat etdiyi barədə Hacı Nuran məlumat yayıb .

Sozcu.info xəbər verir ki, yenicag.az sənətkarın ailəsilə əlaqə saxlayıb. Gözyaşlarına boğulan oğlu Elşən Sadıqov atasının dünyasını dəyişmədiyini və can üstündə olduğunu bildirib:

"Mənə danışmaq çox ağırdır, atam can verir. Danışa bilmirəm..."

Oğlu həmçinin bildirdi ki, Hacı Nuran bilmədən belə xəbər yayıb?

"O indi atamın yanına gəlir".

H.Sadıqov uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkir.

Qeyd edək ki, sənətkar Salyanda yaşayırdı.

***

Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov vəfat edib.

Sozcu.info  xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.

67 yaşlı sənətkar uzun müddət idi ki, yataqda müalicə olunurdu.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}