The Daily Mail yazdı, oliqarxların yuxusu qaçdı

The Daily Mail yazdı,  oliqarxların yuxusu qaçdı

 


London Bakının Moskva ilə yaxınlaşmasına görə bəzi oliqarxların sərvətinə həbs qoya bilər

Oliqarxların Britaniyadakı sərvətlərinin müsadirə olunma ehtimalı Solsberi olayından sonra kəskin artıb. The Daily Mail dərgisinin əməkdaşı Ceyson Qrouvs Cinayətkarlıqla mübarizə Milli Agentliyindəki mənbəsinə istinadən yazır ki, yaxın zamanlarda 100-dən artıq əcnəbinin sərvəti müsadirə olunacaq. Jurnalisti məlumatlandıran mənbə sərvəti həbs olunacaqlar arasında əksəriyyəti rusiyalı oliqarxlar təşkil etsə də, digər region və ölkələrdən olanların varlığını bildirib. Digər region və ölkələr deyildikdə isə söhbətin Qafqaz və Orta Asiyadan getdiyini müəyyən etmək çətin deyil. 

Böyük Britaniyanın Baş prokuroru Ceffri Koks İcmalar Palatasında çıxışı zamanı bəyan edib ki, mənbəyi göstərilə bilməyən sərvətlərlə bağlı araşdırmalar yaxın aylarda hazır olacaq və bu zaman bir çox suallara cavab veriləcək.

Qeyd edək ki, hələ bir neçə ay əvvəl Böyük Britaniya parlamenti mənbəyi göstərilə bilməyən sərvətlərin müsadirə olunmasını mümkün edən qanun qəbul etmişdi. İndi həmin qanun işə düşüb və hal-hazırda yüzdən çox əcnəbinin sərvətinin mənbəyi ilə bağlı araşdırmalar aparılır.

Araşdırmalar zamanı hansı azərbaycanlı oliqarxın sərvətinin üzərinə həbs qoyulacağını bilmirik. Ancaq belə bir təhlükə bütün oliqarxlar üçün mövcuddur. Londonda isə onlarla azərbaycanlı oliqarxın mülkü, bank hesabları və digər daşınmaz əmlakları var. Məsələn, Elmar Vəliyevin əvəzinə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmiş Mingəçevirin sabiq icra başçısı Niyazi Müzəffər oğlu Bayramovun qızı ilə kürəkənin Londonda yaşadıqları haqqında məlumatlar yayıldı. Gəncə Şəhərinin yeni başçısının kürəkəni gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovdur. Niyazi Bayramovun qızı Cahan Bayramova ilə ailə quran Arif Rəhimov gənclər və idman naziri Azad Rəhimovun yeganə övladıdır. O, orta məktəbi Bakıda bitirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyub və ali təhsilini İngiltərə paytaxtında davam etdirib. Azərbaycan, rus və ingilis dillərini bilən Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində çalışıb. Arif Rəhimov sonradan "DDLAR Group” adlı özəl şirkətini qurub. Bu şirkətin büdcə vəsaitləri hesabına layihələr həyata keçirməsi haqqında məlumatlar var. Əslində isə bu bir şirkət deyil, holdinqdir. Onun tərkibinə 1999-cu ildən fəaliyyət göstərən "İnşaatçı” şirkəti, Monolit Beton və MEGA Design daxildir. DDLAR Group-un rəsmi saytında bu holdinq və ona daxil olan şirkətlər tərəfindən həyata keçirilən layihələrdə  əsasən büdcə vəsaitləri hesabına görülən işlər üstünlük təşkil edir. Saytda yer alan məlumatlar arasında "DDLAR Group” Azərbaycan ərazisində bir neçə olimpiya kompleksini layihələşdirib tikməsi haqqında məlumat var. Eyni zamanda Bakı Su İdmanı Sarayının və Bakı Stend Atıcılığı üzrə İdman Kompleksi və Avropa Oyunları Parkının adlarına rast gəlmək olur. Eyni zamanda "DDLAR Group”-un paytaxtın bahalı rayonlarında özəl layihələr həyata keçirməsi haqqında məlumat var. Yalnız bir məqam, büdcə vəsaitləri hesabına həyata keçirilən layihələrin sifarişçisinin Gənclər və İdman Nazirliyinin sifarişi ilə həyata keçirilməsinin özü korrupsiya mexanizmi kimi qəbul oluna bilər. Bundan başqa Arif Rəhimovun qaynatası Niyazi Bayarmova qarşı da korrupsiya ittihamları var. Məlum olduğu kimi Niyazi Bayramov uzun müddət gömrük orqanlarında yüksək vəzifə tutub. Gömrük orqanlarının nə qədər korrupsiyalaşdığı haqqında isə danışmağa ehtiyac yoxdur.

The Daily Mail yazdı,  oliqarxların yuxusu qaçdı

 

Londonda yaşayan Azərbaycanlı oliqarxların sərvətlərinə, təhlükənin nə qədər real olduğuna aydınlıq gətirmək üçün ekspert rəyini öyrənmək istədik. Adının açıqlanmasını istəməyən ekspert qeyd edir ki, Azərbaycanlı oliqarxların sərvətinə təhlükə bir öncəki ilə müqayisədə indi daha çoxdur. "Məlum olduğu kimi rəsmi Bakı ilə Moskva arasında son zamanlar aşkar yaxınlaşma müşahidə edilir. Moskva ilə London arasında münasibətlər tarixin ən soyuq və gərgin dövrünü yaşayır. Əcnəbilərin mal varlığının mənbəyinin araşdırılması məsələsi də məhz Londonla Moskvanın münasibətlərinin gərginləşməsinin nəticəsidir. London indi yalnız rusiyalı oliqarxlara deyil, Moskva ilə yaxın hesab edilən ölkələrin zənginlərinə göz dağı verə bilər. Buna görə mal varlığının mənbəyi araşdırılan yüzdən çox əcnəbinin arasında azərbaycanlı oliqarxlardan bir neçəsinin olmasını istisna etmək olmaz”.

Belə görünür ki, hazırda Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə Milli Agentliyinin apardığı araşdırmaların nəticəsi açıqlanana kimi Londonda mülk sahibi olan oliqarxlar gecələr yuxuya gedə bilməyəcəklər. Ekspert hesab edir ki, burada söhbət yalnız maddi itgidən getmir. "Mal varlığına həbs qoyulan şəxs artıq Avropada rahat yaşaya və iş görə bilməz. Belələri hətta vizadan da məhrum olunub. Çünki varlığına həbs qoyulan şəxslər faktiki olaraq Qərb ədliyyəsinin gözündə cinayətkar hesab edilir. Cinayətkarla isə Qərbdə heç kim iş görmək istəmir”.

Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə Milli Agentliyinin apardığı  araşdırmaların nəticəsi siyasi proseslərə də təsirsiz qalmayacaq.

Azad Aydın,

"Yeni Sözçü" qəzeti

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}