Naftalanın icra başçısı dəm qazından boğulub? – Açıqlama

Naftalanın icra başçısı dəm qazından boğulub? – Açıqlama

 

Naftalanın mərhum icra başçısı Rövşən İbrahimovun Bakı şəhərindəki evində dəm qazından boğularaq ölməsi barədə iddialar yayılıb. Bu gün bəzi KİV-lərdə bununla bağlı məlumatlar dərc olunub.

Azvision.az məsələ ilə əlaqədar Naftalan Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Bildirilib ki, R.İbrahimov ötən gün axşam saat 22:00 radələrində evdə ürəktutmasından dünyasını dəyişib, dəm qazından boğulması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir:  "Bizdə olan məlumata görə, ölüm səbəbi ürəktutmasıdır. İndiyədək səhhətində problemin olması haqda heç nə deyə bilmərik. Bu barədə xəbərsizik”. 

Qeyd edək ki, Rövşən Hüseyn oğlu İbrahimov 2018-ci ilin may ayında Naftalan Şəhər İcra Hakimiyətinin başçısı təyin edilmişdi. O, ötən gün 52 yaşında dünyasını dəyişib.

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}