3,2 milyon manatlıq dələduzluq edən şirkət rəhbəri apelyasiya şikayəti verib

 

"İdeal-V” tikinti şirkətinin dələduzluqda təqsirləndirilən direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədov barələrindəki hökmdən apelyasiya şikayəti veriblər.

"Report”un xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin icraatında olan iş üzrə ilkin baxış iclası iyulun 18-də keçiriləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Məmmədov 10 il, İ.Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarədə aparılıb. İttihama görə, təqsirləndirilən şəxslər Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər.

Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirli biliniblər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}