Paytaxtda polis əməliyyatı:quldurluq və soyğunçuluqla məşğul olan şəxslər yaxalandı

Paytaxtda polis əməliyyatı:quldurluq və soyğunçuluqla məşğul olan şəxslər yaxalandı

 

Paytaxtda quldurluq və soyğunçuluqla məşğul olan şəxslər yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 13-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini N.Ələsgərovaya zor tətbiq edib mobil telefonunu, habelə içərisində 30 manat və bankomat kartları olan pul kisəsini alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini S.İsmayılov Nəsimi rayonu 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Avqustun 12-də isə Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir azyaşlının velosipedini soyğunçuluq yolu ilə alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini K.Gülmalıyev Nəsimi rayonu 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}