Bakıda qanlı olay: keçmiş məhkum 43 yaşlı kişini öldürdü

 Bakıda 43 yaşlı kişini bıçaqlayan keçmiş məhkum saxlanılıb.


Sozcu.info  DİN-ə istinadla xəbər verir ki, hadisə oktyabrın 28-də paytaxtın Yasamal rayonu, Ə.Əhmədov küçəsi ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü İ.Qasımov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Ağır bədən xəsarəti ilə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1979-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}