Salyan sakinini baltalayaraq öldürən şəxs müəyyən olundu

15 gün əvvəl həbsxanadan çıxmış Salyan sakinini qətlə yetirilmiş şəxs müəyyən olunub.

Bu gün axşam saat 8 radələrində Salyan şəhəri, T.Davudzadə küçəsində yaşayan Elçin Babayevin qətlə yetirilmiş meyidi yaşadığı evdə bacısı tərəfindən aşkar edilib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 41 yaşlı Elçin Babayev avqust ayının 20-də 4 illik məhkumluq çəkdikdən azadlığa çıxıbmış. O, ailəsindən ayrıldığından, bacısı ilə eyni evdə yaşayırmış.

Bu gün günorta saatlarında Elçin qonşuluqda yaşayan, narkomaniyadan əziyyət çəkən 40 yaşlı Seymur Seyran oğlu ilə evlərində içki məclisi qurub. Bir müddət sonra isə Seymur evlərinə gedib, Elçin isə sərxoş vəziyyətdə yatıb.

Yaxınlıqdakı ərzaq mağazasına bazarlığa gedən bacısı geri dönərkən qardaşı Elçini sağ gicgah nahiyəsində balta saplanmış vəziyyətdə ölü aşkar edib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən qətli törətməkdə şübhəli bilinərək qaçıb gizlənmiş Seymur

 

Seyran oğlunun tapılaraq istintaqa cəlb olunması istiqamətində operativ əməliyyat tədbirləri həyata keçirilir.

 

Qeyd edək ki, Seymur Seyran oğlu da əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 2 dəfə məhkumluq həyatı yaşayıb.


*   *   *21:52

Salyan rayonunda qətl hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Belə ki, Tale Davudzadə küçəsində yaşayan Elçin Eldar oğlu Babayev naməlum şəxs və ya şəxslər tərəfindən başından aldığı balta zərbəsindən dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}