5 il itkin kimi axtarışda olan Rəhman niyə həbs edilib?

 

Bir neçə il Bakıda itkin düşmüş şəxs kimi axtarışa verilən, daha sonra isə oğurluğa görə həbs edilən gənc hakim qarşısına çıxarılıb.

 

Sozcu.info  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham edilən 2000-ci il təvəllüdlü Rəhman İlqar oğlu Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, Rəhman Məhərrəmov 15 yaşında evdən qaçıb. O, itkin düşmüş şəxs qismində axtarışda olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Kriminalistik Tədqiqatlar İdarəsi, Suraxanı Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 33-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də qeydiyyatda olduğu ünvandan naməlum istiqamətə gedərək itkin düşən 2000-ci il təvəllüdlü Rəhman İlqar oğlu Məhərrəmov tapılıb.

Onun ətrafında keçirilən ilkin kriminalistik tədqiqat, istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, R.Məhərrəmov ötən il dekabrın 21-dən başlayaraq, gecə saatlarında Yeni Günəşli qəsəbəsində yerləşən aptekdən və ayırı-ayırı ünvanlarda yerləşən mağazalardan açar seçmə yolu ilə, qapını sındırmaqla, nəfəslikdən keçməklə 153 manat, cari ilin yanvarın 29-da 500 manat, fevralın 14-də 250 manat, fevralın 22-də isə Zığ qəsəbəsində 110 manat nağd pulu talayıb. Daxil olduğu mağazalardan daşıya biləcəyi qədər tütün məmulatları, ərzaq malları, danışıq kartları, sərinləşdirici içkiləri gizli yolla çıxararaq satıb öz şəxsi ehtiyaclarına xərcləyib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}