Moskvanı bir-birinə qatan atıcı haqda ağlasığmaz faktlar : Qaydasız döyüşlə məşğul olub - VİDEO

 

Rusiyanın paytaxtı Moskvada, Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası yaxınlığında silahlı qarşıdurma baş verib. Qeyri-rəsmi məlumata görə, silahlı insident zamanı 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

BAKU.WS xəbər verir ki, FTX-nin binasının yaxınlığında təhlükəsizlik qüvvələrinə atəş açan Yevgeni Manyurovun anası "Telegram" şəbəkəsində "Baza" kanalına müsahibə verib.

Qadının sözlərinə görə, oğlu orduda xidmət etməyib, ailəli deyil və heç kimlə münasibəti olmayıb: "Bütün günü yalnız işi və hobbisi ilə məşğul olurdu. Yevgeninin yaxın dostları da yox idi. O, müxtəlif vaxtlarda boks, qaydasız döyüşlə məşğul olur və son bir neçə ildə atəş açmağı öyənirdi. Paralellər yox idi. Sadəcə atəş açmaq onun hobbisi idi".

Y.Manyurov uzun müddət təhlükəsizlik şirkətlərində çalışıb. Hər səhər o, işə gedəndə anasına bu sözləri deyib: "Mən işə gedirəm".
Hadisə baş verən gün qadın oğlunun Pavel adlı bir həmkarına zəng edib. Məlum olub ki, Yevgeni mühafizə şirkətində işdən çoxdan çıxıb.

Manyurovun varikoz damarları və qan təzyiqini normallaşdırmaq üçün dərman qəbul etdiyi də məlumdur. "Son zamanlar bir növ həyəcan keçirdiyini gördüm. Siqaret çəkmir və spirtli içki qəbul etmirdi. Hətta çay və qəhvə də içmirdi. Yalnız limonla çay içirdi.

Evdən çıxan zaman Yevgeni Manyurov anasına deyib ki, atıcılıq yarışına gedir.

Qeyd edəki, FTX-nin yaxınlığında insanlara atəş açan Y.Manyurov silahlara və praktik atışmalara həvəs göstərib. Bu yaxınlarda Moskva şəhər atıcılıq və idman klubunun keçirilən "PSS" (tapança çaplı karabin) yarışında üçüncü yeri tutub.

 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}