Gəncədə Mənzil Komunal Təsərrufat Birliyinin işçisi xəsarət alıb

 

Gəncə sakini ehtiyyatsızlıqdan xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sadılı qəsəbəsində qeydə alınıb.

1976-ci il təvəlüdlü Səmədov Qabil Bəhrəm oğlu zibil maşınından yıxılıb. Yaralı dərhal xəstəxanaya yerlərşdilib. Xəstəyə sağ tərəf 6, 7, 8, 9 qabırğaların sınığı diaqnozu qoyulub. Vəziyyətinin kafi olduğu bildirlir.

Qeyd edək ki, Q.Səmədov Gəncə şəhər Mənzil Komunal Təsərrufat Birliyinin İşçisidir.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}