Sarkisyanın qardaşı oğlu həbs edildi

 

Yerevanın ümumi yurisdiksiya məhkəməsi eks-prezident Serj Sarkisyanın Çexiyadan silah və narkotik maddə saxlama, habelə digər şəxslərin əmlakını mənimsəmə ittihamı ilə Ermənistana ekstradisiya edilən qardaşı oğlu Narek Sarkisyanın həbsinə qərar verib.

Sozcu.info bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

"Yerevanın ümumi yurisdiksiya məhkəməsi Baş prokurorun vəsatətini təmin etdi və Narek Sarkisyanın həbsinə qərar verdi”, - qurumdan bildirilib.

Qeyd edək ki, Çexiya hüquq-mühafizə orqanları dekabrın 21-də Narek Sarkisyanı Ermənistana təhvil verib. O, 5 iyul 2018-ci ildə silah və narkotik maddə saxlamaq, habelə digər şəxslərin əmlakını mənimsəmə ittihamı ilə axtarışa verilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}