Bakıda 26 yaşlı oğlan bıçaqlandı

Bakıda 26 yaşlı oğlan bıçaqlandı

 

Hadisə Nizami rayonunda yerləşən "Lotos" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, Hacıqabul rayonu Talış kənd sakini, 1993-cü il təvəllüdlü Mayılov Sirac Əlizadə oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (Report)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}