Elinanın intiharı işi- məktəb direktoruna hökm oxundu, 18 min ödəyəcək

 

Məktəbli Elinanın ölümünə görə məktəb direktoru yenidən hakim önünə çıxarılıb.

Mərhumun anası direktora daha ağır cəza verilməsini üçün apellyasiya şikayəti verib.

Musavat.com xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Elinanın anasının şikayəti təmin edilməyib.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə Sevinc Abbasova barəsində 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması ilə bağlı hökm çıxarılıb. S.Abbasova bu müddət ərzində elektorn qolbaqla gəzməli olacaq.

Hökmdə mülki iddia hissəsində S.Abbasovadan 18 min manat tutularaq Elinanın anasına ödənilməsi də göstərilib.

Rəsmi ittihamda qeyd olunur ki, Elina Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb.

O da qeyd edilir ki, Elina sonuncu hadisədən öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daim Elinanı sıxışdırıb, lakin direktor Sevinc Abbasova bununla bağlı hər hansı addım atmayıb.

Direktor sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib.

İttihama görə, E.Hacıyeva özünü məktəbdən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayıb. Bununla da E.Hacıyevanın həyatını təhlükədə qoyub.

Elan olunmuş ittihamla Sevinc Abbasova özünü təqsirli bilməyib.

Məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.

S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}