Sabiq icra başçısının qardaşı oğluna 965 minlik dələduzliqda suçlanan şəxsə cəza kəsildi

 

965 min dollar dələduzluqda ittiham olunan şəxs növbəti dəfə hakim önünə çıxarılıb. Bu işdə zərərçəkən şəxs sabiq icra başçısının qardaşı oğludur.

Sozcu.info  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Xəyyam Balayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Dövlət ittihamçısı çıxışında Xəyyam Balayevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xəyyam Balayevin vəkili Emil Aslanov müdafiə çıxışı edib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyib. Müdafiəçi qeyd edib ki, tərəflər arasında borc mübahisəsi var və bu məsələ mülki qaydada həll edilməlidir.

"Tərəflərin və şahidlərin verdikləri ifadələrdən aydın olur ki, onlar arasında biznes əlaqəsi olub. Zərərçəkmiş tərəf bildirir ki, Xəyyam Balayevin ona borcu var. Ali Məhkəmənin plenium qərarı da var ki, borc məsələsi mülki məcəllə ilə tənzimlənir, cinayət məcəlləsi ilə yox. Müdafiə etdiyim şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi qərəzdir və qanunsuzdur.

Bu işin cinayət olmasını sübut edən heç bir fakt yoxdur. Şahid ifadələri də təsdiq elədi ki, tərəflər arasında böyük məbləğlərdə biznes əlaqəsi olub. Hətta TIR-la siqaret də satıblar. Dəfələrlə zərərçəkmiş kimi tanınan tərəf Xəyyam Balayevlə biznes adı ilə pul verib. Xəyyam da qazancı ilə həmin məbləğləri geri qaytarıb".

Xatırladaq ki, ötən məhkəmədə Xəyyam Balayevlə zərərçəkmiş Yalçın Abdullayev arasında olan danışığın səs yazısı dinlənilmişdi.

Həmin səs yazısında X.Balayev Yalçın Abdullayevdən pul aldığını etiraf edir.

X.Balayevin vəkili isə səs yazısında müdafiə etdiyi şəxsin stress və qorxu içərisində olduğunu deyir.

Prokuror və Yalçın Abdullayevin vəkili bu fikirlərin əsassız olduğunu bildirirlər.

Bildirək ki, Xəyyam Balayev Yalçın Abdullayevdən pul aldığını təsdiqləyib. Lakin bildirib ki, aldığı məbləği qazancı ilə birlikdə geri qaytarıb.

"Mən Elçin Əliyevlə steklavat alveri ilə məşğul olurdum. Yalçın Abdullayevi də Elçinə görə tanıdım. Yalçın da bizimlə bu işi görmək istədi. Əvvəlcə mal üçün 200 min verildi. Qazancı ilə qaytardıq.

Qeyd edək ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Yalçın Sabir oğlu Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2015-ci ilin yanvar ayında Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq qaytarmayıb.

İstintaq orqanı tərəfindən Xəyyam Balayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Y.Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur.

Qeyd edək ki, məhkəmə prosesi başlayan zaman Xəyyam Balayev ev dustaqlığında idi. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri ləğv edilərək, həbs-qətimkan tədbiri ilə əvəzlənmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}