Cahangir Hacıyev qanuna edilən dəyişiklikdən istifadə etmək istəyir

 

Sabiq bankir, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev yenidən məhkəmə önünə çıxarılır. O, qanunda edilən dəyişiklikləri nəzərə alaraq, cəzasının yüngülləşdirilməsini istəyir.

Sozcu.info  xəbər verir ki, Cahangir Hacıyev 2015-ci ildə aldığı ilk hökmdən Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Cahangir Hacıyev 15 illik cəzasının azaldılmasını istəyir.

Hacıyev məhkəməyə göndərdiyi ərizədə göstərib ki, 2017-ci ilin oktyabrında Cinayət Məcəlləsinə dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən onun ittiham olunduğu 179-cu (mənimsəmə və ya israfetmə) maddədə nəzərdə tutulan cəzalar azaldılıb.

Qanuna görə, əgər dəyişikliklər şəxsin durumunu yüngülləşdirirsə, bu halda, geriyə qüvvəsi var. Yəni dəyişiklikdən öncə çıxarılmış hökmlər də yeni tələblərə uyğunlaşdırılmalıdır.

Xatırladaq ki, Cahangir Hacıyev barəsində ikinci hökm isə ötən il çıxarılıb. Sabiq bankir ümumlikdə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}