Arvadının üzərinə benzin töküb diri-diri yandırdı

Arvadının üzərinə benzin töküb diri-diri yandırdı

 Bakı Apellyasiya Məhkəməsində qeyri-rəsmi nikahda yaşadığı qadının üstünə benzin tökərək yandırmaqda təqsirli bilinən Ceyhun Xudabaxışovun apellyasiya şikayəti üzrə məhkəmə proses keçirilib.

"Report”un xəbərinə görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda qərar elan olunub. 

Qərara əsasən, şikayət təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, C.Xudabaxışov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il mayın 5-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ailədaxili münaqişə zamanı C.Xudabaxışov həyat yoldaşı Raziyə Aslanovanın üzərinə benzin tökərək ona od vurub. Ağır dərəcəli bədən xəsarətləri almış qadın dərhal 5 saylı xəstəxanaya çatdırılıb.

Təqsirləndirilən C.Xudabaxışov ifadəsində deyib ki, səhər saatlarında yuxudan oyandıqda evin səliqəsiz olduğunu görüb arvadı ilə mübahisə edib.

O, ailə üzvlərini həyətə çıxarıb və oğlunu benzin almağa yollayıb. Atasının niyyətindən xəbərsiz olan övladı dükandan aldığı plasmas qabdakı benzini ona verib. Ceyhun benzini otaqlara səpməyə başlayarkən Raziyə içəri girib və ona mane olmağa çalışıb. Əri onun da üzərinə benzin töküb və alışqanla yandırıb.

Törətdiyi cinayət əməlinə görə, C.Xudabaxışovun barəsində Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq dövründə isə C.Xudabaxışovun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü ( ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}