Sumqayıt yolunda özünü körpüdən atan şəxsin cibindən məktub çıxdı

 

Salamnews-a daxil olan məlumata görə, ərazidə xidmət aparan Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəncin meyitini müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Abşeron rayon şöbəsinə aparıblar. Məlum olub ki, Anar Qasımov aldığı küt travmalar nəticəsində dünyasını dəyişib.

Abşeron Rayon Prokurorluğunda işi araşdıran prokurorun böyük köməkçisi İbrahim İsmayılzadənin bildirdiyinə görə, Zərdab rayon sakini olan mərhumun cibindən öz xətti ilə yazılan məktub çıxıb. Məktubunda qeyd olunub: "Ölümümdə heç kimi günahkar görməyin".

*   *   *10:31

Bakı-Sumqayıt şossesində, Ekologiya postunun yaxınlığında 1983-cü il təvəllüdlü Qasımov Anar Nazir oğlu özünü körpüdən aşağı atıb.

"Report”un xəbərinə görə, A.Qasımov hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}