Lənkəranskinin mirası uğrunda kimlər döyüşür? - Kriminal dünyada QANLI SAVAŞ

Lənkəranskinin mirası uğrunda kimlər döyüşür? - Kriminal dünyada QANLI SAVAŞ

 

İntriqalar, qarşıdurmalar və sifarişli qətllər: ən nüfuzlu Azərbaycan "qanuni oğrusu”nun boş yerini çoxları tutmağa çalışırlar. Söhbət Rövşən Canıyevin ("Rövşən Lənkəranski”) mirasının və nüfuz sahəsinin bölüşdürülməsindən gedir.
Rusiya KİV-i xəbər verir ki, hüquq-mühafizə orqanları 2017-ci ildə də ötən ilin avqustunda İstanbulda qətlə yetirilmiş "qanuni oğru”nun mirasına iddia edən müxtəlif kriminal qruplaşmalar arasında qarşıdurmanın davam edəcəyini gözləyirlər.
Lənkəranskinin Uraldan Avropaya qədər uzanan nüfuz sahəsinin bölüşdürülməsi uğrunda amansız mübarizə gedir.
Əvvəllər Həmzət Qastamirova ("Şeyx Həmzət”) yaxın olan çeçen "qanuni oğru” Abu Davtayev sui-qəsdin təşkilində şübhəli hesab olunurdu. Lakin o, and içib ki, bu cinayətlə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, bütün bunlar müxtəlif qruplaşmalar arasında parçalanma yaratmaq və onların birləşməsinə imkan verməmək üçün ona qarşı edilən təxribat idi. Xatırladaq ki, Lənkəranskinin qətlə yetirilməsindən dərhal sonra çıxan informasiyaya görə, Şeyx Həmzət Avropada azərbaycanlı "qanuni oğru”ya yaxın olan çeçenləri və türkləri birləşdirməyə başlayıb.
Həmin vaxtda Qastamirova sui-qəsddə üçüncü şübhəli şəxs saxlanılmışdı. Məlumata görə, sui-qəsd cəhdi 2016-cı dekabrın 23-də Niderlandda ona aid olan "Staay Food Group Holding” topdansatış tərəvəz bazasında olub. Naməlum şəxslər Şeyx Həmzətə və onun keşikçilərinə hücum ediblər. Amma hücum edənlər - Azərbaycanın Cəlilabad rayonunun sakini Qüdrət Əliyev və Çeçenistan sakini Həsən Zakayev zərərsizləşdirilərək polisə təhvil verilib. Onların üçüncü cinayət yoldaşı isə Polşa-Belarus sərhədində tutulub.
Lənkəranskinin mirası uğrunda kimlər döyüşür? - Kriminal dünyada QANLI SAVAŞ

"Sputnik” agentliyinə görə, Qastamirovun həyatı üçün təhlükə qalır, çünki onun düşmənləri sürətlə artmaqdadır. "Sputnik”in mənbələrinin məlumatına görə, Şeyx Həmzət "Hacı Beyləqanski” kimi tanınan Azərbaycan vətəndaşı Hacı Talıbxanlı ilə yaxın vaxtlarda Türkiyədə görüş təyin edib. Qastamirov Azərbaycan diasporundan olan şikayətləri müzakirə etmək, həmçinin onun mövqeyini və sədaqətini aydınlaşdırmaq istəyirdi. Yeri gəlmişkən, son zamanlar Lənkəranskinin qətlində Hacı Talıbxanlının iştirakı haqqında şayiələr meydana çıxmağa başlayıb. Onun Qastamirovla görüşü isə baş tutmayıb.
Eyni zamanda, bildirilir ki, Şeyx Həmzətin gücü çox şişirdilir və o, kriminal mühitdə real təsirə malik deyil.
Bundan başqa, Azərbaycan "qanuni oğrusu” Nadir Səlifovun ("Lotu Quli”) əhəmiyyətinin artdığı daha açıq görünür. Rusiya mediasının yazdığına görə, Səlifovun ötən ilin sonunda Türkiyədə Rafiq Eyvazov ("Rafiq Masallinski”) üzərində əsl qanlı divan təşkil edib. Rafiq Masallinskini döyən Nadir Səlifovun adamları həmçinin onun qulağını kəsiblər. Bu il yanvarın əvvəlində isə iki qruplaşma arasında Bakıda atışma baş verib. Amma Səlifov öz vəkili vasitəsilə bildirib ki, Eyvazova qarşı edilənlərlə heç bir əlaqəsi yoxdur.
"Sputnik”ə adını açıqlamayan məhbuslarından birini danışıb ki, atışmada Səlifovla çoxdan münaqişədə olanlar, həmçinin "Vuqar İtalyanski” kimi məşhur olan Vüqar Qurbanov iştirak edirdi. Vuqarın özü isə hələ orta məktəbdən Lənkəranskiyə yaxın idi.
İstintaqın nəticəsinə görə, Azərbaycanda 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasına baxmayaraq, Nadir Səlifovun öz təsirini artırır. Yeni qarşıdurma dalğasının Rusiyanın Sverdlovsk vilayətində yaranacağı bildirilir. Son məlumatlara görə, Səlifovun adamları ora yollanıblar və artıq çox nüfuzlu Azərbaycan diasporunun təmsilçiləri olan sahibkarların dəstəyi ilə təmin ediliblər. Lotu Qulinin marağı həmçinin Yekaterinburqda olan 4 saylı tərəvəz bazası ilə bağlıdır. Baza ölümünə qədər Rövşən Lənkəranskiyə böyük gəlir gətirirdi.
Qeyd edək ki, regionda "smotryayuşi”nin yerini Ağayar Ağayev tutmağı planlaşdırırdı. Rövşən Lənkəranski Ural regionuna "nəzarətçi” kimi onu yerləşdirmişdi. Ağayar Ağayevlə bərabər bu "post”a "Kortik” ləqəbli başqa bir azərbaycanlı - İlqar Əliyev də iddialı imiş. Amma Lənkəranski son anda Ağayarın namizədliyinin üzərində dayanıb. Ağayar və qardaşı Xudayar regionda nüfuz sahibidirlər.
Bundan başqa, "Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov öz namizədini irəli sürüb. Eyni zamanda, 2016-cı ildə "qanuni oğru” Aftandil Kobeşavidze ("Avto”) regiona diqqətini yönəldib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}