Gürcüstanda azərbaycanlı dostunu qətlə yetirdi

 

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Nəzərli kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakinləri - 1987-ci il təvəllüdlü Babək Sabir oğlu Əhmədov və 1989-cu il təvəllüdlü Ceyhun Əmirxan oğlu Orucov arasında dünən gecə saatlarında mübahisə olub. Nəticədə B. Əhmədov C.Orucovu bıçaqlayıb.

Qardabani rayon xəstəxanasına yerləşdirən C. Orucov orada dünyasını dəyişib.

B.Əhmədov cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb.

O, hazırda polis tərəfindən axtarılır.

B.Əhmədovla C. Orucovun dost, qonşu olduqları bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}