Cahangir Hacıyev əfv üçün müraciət etdi –Vəkildən açıqlama

Cahangir Hacıyev əfv üçün müraciət etdi –Vəkildən açıqlama

 

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev əfv olunması üçün ərizə yazıb.

Sozcu.info "Yeni Müsavat”a istinadən xəbər verir ki, sabiq bankir səhhəti ilə əlaqədar əfv edilməsini istəyir.

C.Hacıyevin vəkili Aqil Layıcov isə bildirib ki, müvəkkilinin əfv olunması üçün ərizə yazması haqda məlumatı yoxdur: "Türkiyədəyəm, sonuncu dəfə həftənin 1-ci günü Bakı İstintaq Təcridxanasında görüşmüşük. Səhhəti əvvəl olduğu kimidir. Əfv məsələsi onun şəxsi işidir, mənim bu haqda məlumatım yoxdur. Əfvlə bağlı aramızda müzakirə olmayıb”.

A.Layıcov müvəkkilinin hazırkı mərhələdə əfv oluna biləcəyini də istisna etmədi: "Şəxsin əfv olunması məhkəmənin istənilən mərhələsində ola bilər. Qanun bunu qadağan etmir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}