Mingəçevirdə anasının qətlində şübhəli bilinən şəxs axtarışa verildi

 

Anasının qətlində şübhəli bilinən Mingəçevir şəhər sakini axtarışa verilib.

"Report”un məlumatına görə, 1994-cü il təvəllüdlü Nail Əlövsət oğlu Məhərrəmovun tapılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Nail ailənin ortancıl oğludur və əvvələr məhkumluq həyatı yaşayıb. Hadisədən öncə dostlarına və yaxınlarına verdiyi məlumata əsasən, xarici ölkələrdən birinə mühacirət etmək niyyətində olub.

Hadisə mayın 27-də, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10, mənzil 3-də baş verib. 1967-ci il təvəllüdlü şəhər sakini Kəmalə Məhərrəmova evində ölmüş vəziyyətdə tapılıb. O, uzun müddət əczaçılıqla məşğul olub. Həyat yoldaşı Əlövsət Məhərrəmovu təxminən 5 il öncə itirən qadının 3 oğlu var. Hadisə qeydə alınan zaman onlardan ikisinin evdə olmadığı bildirilir.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb.

*   *   *17:35

Xəbər verdiyimiz kimi, dünən Mingəçevir şəhərində qətl törədilib. Şəhərin Xətai küçəsi 10 ünvanında yerləşən binadakı mənzildə Nail Məhərrəmov anası Kəmalə Məhərrəmovanı qətlə yetirib. Hadisəni törədən N.Məhərrəmov tutulub.

İlkin araşdırma zamanı məlum olub ki, K.Məhərrəmova əczaçıdır və uzun illər aptekdə çalışıb. Qadının həyat yoldaşı 5 il əvvəl vəfat edəndən sonra 3 oğlunu özü böyüdüb. Nail Məhərrəmov isə bir müddət əvvəl hərbi xidmətdən qayıdıb. Daha sonra nişanlanan gənc oğlan toya hazırlaşırmış.

Qətlin hansı səbəbdən törədilməsinə gəlincə, N.Məhərrəmov ilkin fadəsində anasını qısqanclıq zəminində öldürdüyünü deyib.

K.Məhərrəmova bu gün doğulduğu Yevlax rayonunun Xaldan qəsəbəsində dəfn edilib.

Qeyd edək ki, bu gün onun 50 yaşı tamam olmalı imiş.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}