İstirahət günləri yollarda 2 nəfər öldü, 25 nəfər yaralandı

 

Azərbaycanda istirahət günləri baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, iyulun 22-də Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

İyulun 23-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 18 nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}