18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
Daxili İşlər Nazirliyi Bakıda azyaşlı oğlanı zorlamağa cəhd edən manyak saxlanılıb.
Daxili İşlər nazirliyinin Mətbuat Xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə iyulun 21-də axşam saatlarında Xətai rayonunda baş verib.
Rayonların birindən Bakıya işləməyə gələn şəxs 2009-cu il təvəllüdlü oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Hadisəni törədən şəxs Əlahiddə Çevik Polis Alayının və Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir. Hadisənin törədən şəxsin kimliyi istintaq sirri sayıldığı üçün açıqlanmır.