İstanbul axirət kimidir - “Lənkəranski”nin qətlinin bir ili...

 

Avqustun 18-də azərbaycanlı "qanuni oğru” Rövşən Canıyev ("Rövşən Lənkəranski”) öldürülməsinin bir ili tamam olur. Bir il əvvəl baş vermiş bu hadisə mübağiləsiz ötən yayın ən tirajlı xəbəri oldu. "Rövşən Lənkəranski”nin öldürülməsi ilə Azərbaycan kriminal aləmində böyük bir səhifə də bağlandı.

"Onu kimi və niyə öldürtdü” sualına bu bir ildə dəqiq cavab da olmadı. "Lənkəranski” müasir Azərbaycan kriminalında adı dillər əzbəri olmuş qəhrəman idi, baxmayaraq ki, bunu ictimai rəy həmin avqust günlərində qıcıqla qarşılayırdı. "Lənkəranski”ni cəlbedici edən onun təkcə yaraşıqlı boy-boyxunu deyildi, o, ən müxtəlif yaş dövrlərində olan azərbaycanlılar üçün avtoritet idi. Alim deyildi, heç ali məktəb də oxumamışdı. Amma onun "kəşfləri” haqda çox adam danışırdı. 
Onu görənlər də çox az idi, şəxsən tanıyanlar da. Kriminal aləmdə olması onu gizlənməyə, yerini, yaşadığı ölkələri tez-tez dəyişməyə, doğma Lənkərana hətta gizli gəlməyə vadar edirdi. Amma onun haqqında danışmağı hamı xoşlayırdı. Niyə? Bu da bir sualdır. Həmin günlər çox dartışıldı, çox fikirlər haçalandı. Biri "kriminal aləm cəlbedici olduğu üçün ona diqqət var” dedi, biri sadəcə bir bölgəni "Lənkəranski” adı ilə tanıtdığı üçün....

İstanbul axirət kimidir -


"Lənkəranski” adı mediada tirajlı mövzu idi. Onun gah Bakıda gizləndiyi deyilirdi, sonra sorağı Ukraynadan, Dubaydan gəlirdi, sonra İstanbuldan və sair...Sonra haradasa vurur, haradasa vurulurdu. "Mixaylo” kimi neçə dəfə öldürlülməsi xəbərləri də yayılmışdı.


Razılaşmaq olar: "Lənkəranski” cənub bölgəsində Məmməd Hüseynovdan ( "Lotu Mamed”) sonra ən çox tanınan ad idi. "Lotu Mamed”in sağlığında belə "Lənkəranski” artıq kumir idi.


17 yaşında atasının qatilini məhkəmə zalında güllələməsi əhvalatı onun haqda danışanların ilk cümləsi idi. Bəlkə də çoxları onun kriminal aləmdə yalnız bu qisasını bilirdi və bu, ona rəğbət üçün kifayət edirdi. "Lənkəranski”nin bəzi hallarda güllərdən yayına bilməsi, uzun müddət axtarışda olmasına baxmayaraq, ələ keçməməsi haqlı suallar da doğururdu. Onu "Putinin adamı” da hesab edirdilər, hətta bir neçə ölkənin kəşfiyyatına bağlamaq cəhdləri də vardı. Bakıda hansısa oliqarxların himayəsi altında olduğu da deyilirdi.


"Lənkəranski” imkanlı və nəsil-köklü "qanuni oğru” idi, onun təkcə Rusiyada və MDB-də deyil, Avropada da əmlakı, nəzarət etdiyi iri obyektlər vardı. "Lənkəranski” ətrafına dövrün ən tanınmış "qanuni oğru”larını toplaya bilmişdi. Son illər müttəfiqləri ilə "oğru masasını” Dubaya köçürmüşdü və burada nisbətən sərbəst fəaliyyət göstərə bilirdi. Onun son aylar Türkiyədə olduğunu isə çox az adam bilirdi...

İstanbul axirət kimidir -


***
Avqustun 18-də İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşdü. Hoteldən çıxan "Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qaldı. Çarpaz atəşə tutulan avtomobil dəlik-deşik edildi. Avtomobilin içərisində olan "Lənkəranski” təcili yardımla xəstəxanaya aparılsa da, artıq gec idi...Onun ölümü də bir əfsanə oldu. Kimi "ölmədi” dedi, kimlər isə hələ də haradasa yaşadığına inanır...

"Lənkəranski” saxta olduğu deyilən "Əliyev” soyadı ilə İstanbulda özünü düşmənlərindən gizlədə bildiyini düşünəcək qədər sadəlövh ola bilməzdi


Onun niyə İstanbulda məskunlaşmasının səbəbləri aydın idi. Avropa onu qəbul etməyəcəkdi, çünki adı yenicə "İnterpol”un siyahısından çıxarılmışdı. Rusiya sərhədinə buraxmayacaqdı, Ukraynaya isə giriş qadağası vardı. Digər MDB ölkələri isə ərazisinə "qanuni oğru” qəbul etmir. Bu mənada İstanbul "Lənkəranski” üçün uyğun məkan sayıla bilərdi, amma məşhur "Qurtlar Vadisi” dizisində deyildiyi kimi, "İstanbul axirət kimidir, gəlişi var, dönüşü yox”.


İstanbulda dünyada yüzlərlə gizli mafiyaların görüş, qərar yeridir. "Lənkəranski”nin bütün bəlalardan qurtulub məhz İstanbulda öldürülməsi onun qətli ilə bağlı sualları daha da artırdı. Hətta PKK-nın da bu qətldə əli ola biləcəyi iddiası ortaya atıldı. "Lənkəranski”nin düşmənləri çox idi, bunu hamıdan yaxşı özü bilirdi. Killerlər isə onu İstanbulda tələyə sala bildi və "Lənkəranski” əfsanəsi bitdi...


Amma kim öldürtdü "Lənkləranski”ni? "Ded Xasan”ın tax-tacına oturan "Şakro Molodoy”mu? Onunla heç vaxt "ulduzları barışmayan” başqa bir azərbaycanlı "qanuni oğru”mu? Rusiya FTX-sımı? Türkiyə kəşfiyyatımı? "Lənkəranski” çox kriminallarını yolunda əngəl idi. Çoxları ilə də qan düşməni olmuşdu. Amma heç kim bu qətli üstlənməyəcəkdi,"mən öldürtdüm" deməyəcəkdi.

 


Rusiya mənbələr tez-tez yazırdı ki, guya "Lənkəranski”nin killer dəstəsi olub, sifarişli qətllər həyata keçirib. İstanbulda isə "Lənkəranski”nin heç cangüdəni belə olmamışdı. "Lənkəranski” saxta olduğu deyilən "Əliyev” soyadı ilə İstanbulda özünü düşmənlərindən gizlədə bildiyini düşünəcək qədər sadəlövh ola bilməzdi. Onu İstanbulda bu cür arxayın yaşamasına zəmanət verənlər yəqin ki, olub. "Lənkəranski”nin killerlərin pusqusuna hazırlıqsız yaxalanmasının səbəblərindən biri də bu ola bilərdi. Çünki qətldən sonra Türkiyədə çox məşhur bir kriminal avtoritetin də adı hallandı, "Lənkəranski”yə yaxın olduğu deyildi. "Lənkəranski”ni böyük ehtimalla arxayın saldılar, "İstanbulda təhlükə yoxdur” dedilər, düşmənləri də bundan istifadə etdi.


"Lənkəranski”nin varidatı, ondan sonra kimin bu mirasa sahib olması isə daha maraqsız mövzudur. "Lənkəranski”dən sonra onların heç bir dəyəri yox kimi...


"Lənkəranski” Azərbaycan diasporasının lideri deyildi, amma onun kimi azərbaycanlı kriminallar bir diasporadan daha nüfuzlu və güclü idi. Onları bir çox hallarda maddi maraq birləşdirsə də, azərbaycanlılar Rusiyanın ucsuz-bucaqsız çöllərində bəzən bu kriminal avtoritetlərin adları çəkməklə özlərinə iş, qazanc yeri tapa bilirdilər. 
***


1975-ci il təvəllüdlü Rövşən Canıyevin kimliyi barədə çox yazılıb. Onun qətlinin ildönümündə bəzi məqamları qısaca da olsa yenidən xatırladacağıq.


17 yaşında atasının qatilini nümayişkaranə öldürməsi ilə kriminal həyata başlayan Canıyevə cəmi iki il cəza verilib. 

Ona "qanuni oğru” adını dövrünün ən tanınmış "vor zakon”u - "Nardaranlı Mirseymur” verib. Moskva bazarlarına nəzarət uğrunda başlamış amansız mübarizə 2003-cü ildə Mirseymurun həyatına son qoyur. "Peşera” barına gələn iki killer Mirseymura "Steçkin” tipli tapança-avtomatdan 12 güllə vurur. Azərbaycanlı "qanuni oğru” xəstəxanaya çatdırılmamış həyatla vidalaşır. 2006-ci ildə aprelin 7-də Moskvada məşhur "qanuni oğru”, "Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Müxtarov qətlə yetirilir. 2007-ci ildə "Ağbaş” ləqəbli Çingiz Axundov da Rusiya paytaxtında öldürülür. Bu illərdə Rusiya bazarlarında azərbaycanlıların biznesinə nəzarət Canıyevə keçir. İddialar var ki, uzun müddətdir ki, Azərbaycanda cəza çəkən Nadir Səlifovla ("Lotu Quli”) münasibətləri bazarlara nəzarət uğrunda savaş səbəbindən pisləşib.

İstanbul axirət kimidir -

 

2008-ci ilin fevralında Kiyevdə həbs edilən R.Canıyev Azərbaycana ekstradisiya edilmir. Buna səbəb Ukrayna hökumətinin ona qaçqın statusu verməsi olur. Amma 2009-cu il dekabrın 3-də "Lənkəranski” yenidən Ukraynada həbs edilir. 2010-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prokuror 2000-ci ildə Azərbaycan məhkəməsinə "qalmış borcunu” silmək üçün ona 12 il iş istəyir. Amma məhkəmə ona cəmi 2 il 9 ay iş kəsir və bu müddət başa çatdığından o, məhkəmə zalından azadlığa buraxılır.

2010-cu ildə "Ded Xasan” a ilk sui-qəsd edilir və həmin vaxt Kiyevdə olan "Lənkəranski” saxlanılır. Sui-qəsddən sonra yenidən Moskvaya qayıdan Canıyev "oğru masasını” Dubaya köçürməli olur.


2012-ci ildə Canıyevə də sui-qəsd olması barədə xəbərlər yayılsa da, sonradan təsdiqlənməyib. 2012-ci ilin sentyabrında "Ded Xasan”in çıxardığı ortaq qərarla "Lənkəranski”nin "oğru” adının alınması barədə 30 "qanuni oğru” adından (onların sırasında 10 azərbaycanlı avtoritet də olub) "malyava” (göndəriş) yayılır. "Ded Xasan”ın öldürülməsi ilə bu proses dayanır... 

"Ded Xasan” klanı qətli "Lənkəranski”nin sifarişi ilə törədildiyini iddia edirdi və hətta onun başına 5 milyon dollar mükafat da vəd edilmişdi. "Ded Xasan”ın intiqamının alınacağı ilə bağlı söz-söhbətlər daha bir nüfuzlu kriminal, yuxarıda adını xatırlatdığımız və hazırda istintaq altında olan Zaxari Kalaşov ("Şakro Molodoy”) 2014-cü ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxıldıqdan sonra yenidən dövriyyəyə buraxılmışdı. Amma "Şakro” "Lənkəranski” ilə açıq savaşa girmədi. 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}