Qatilin anası öldürülən biznesmenin arvadını ölümlə hədələdi - MƏHKƏMƏ

 

Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sozcu.info Publika.az saytına istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə öldürülən iş adamı İlqar Məmmədovun xanımı çıxış edib.

O, ölümlə hədələndiyini, özünün və digər ailə üzvlərinin həyatının təhlükədə olduğunu deyib.

İş adamının xanımı bildirib ki, sonuncu məhkəmə iclasından sonra təqsirləndirilən Vüsal Rüstəmovun anası məhkəməninin qarşısında onun qarşısını kəsib və onu öldürməklə hədələyib.

Daha sonra Vüsal Rüstəmovun vəkilinin məhkəməyə gəlmədiyi məlum olub. Bu zaman o, vəkilindən imtina etdiyi söyləyib. Bildirib ki, növbəti iclasa qədər yeni vəkillə müqavilə bağlayacaq.

Növbəti proses noyabrın 27-də davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradıblar, Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək, onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar.

Bundan başqa dəstə üzvləri əvvəlcədən hazırladığı plan üzrə İlqar Məmmədovun topdan satış mərkəzinə daxil olublar. Orada İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızıl zinniyət əşyaları götürüblər. Qətlə yetirilən İlqar Məmmədov Xaçmazda ticarət mallarının topdan satışı ilə məşğul olan biznesmen kimi tanınıb.

Hacı Zeynalov



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}