"Yuxudan ayılanda hər yerdə qan var idi"- Tanışını öldürən şəxs yaddaşını itirdiyini deyir

 

Qətl törətmədən şəxs hakim qarşısına çıxarılıb. O, tanışını yumruqla vurduğunu, amma bıçaqlamadığını deyir.

 Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R.Məmmədov istintaqa verdiyi ifadəsində hadisəni törətdiyini deyib.

Amma R.Məmmədov məhkəmədə fərqli ifadə verib.

O deyib ki, istintaqda ifadə verən zaman yaddaşı yerində olmayıb.

O, mərhumu yumruqla vurmadığını və cinayət törətmədiyini bildirib:

"Mən onu yumruqla vurmamışam. Fərhad məndən pul istəyəndə onu əlimlə itələmişəm. Fərhadı bıçaqla vurmağım yadımda deyil. Axı onu mən öldürməmişəm. Yenə deyirəm, yuxudan ayılanda hər yerdə qan var idi".

Qətl hadisəsi ötən il iyun ayının 24-də Suraxanı qəsəbəsində baş verib. R.Məmmədov evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.

R.Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir./musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}