Dünən axtarışda olan 26 nəfər saxlanılıb

 

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. DİN mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 112 cinayət faktı qeydə alınıb, onların da 23-ü "isti izlər”lə açılıb.

Bundan başqa, axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında isə 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Eləcə də, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}