Cinayətkar dəstənin azərbaycanlı lideri tutuldu - UKRAYNADA

Cinayətkar dəstənin azərbaycanlı lideri tutuldu - UKRAYNADA

 

Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları beynəlxalq cinayət dəstə ilə mübarizə çərçivəsində Azərbaycan vətəndaşını saxlayıb.

Sozcu.info"korrespondent.net” saytına istinadən xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti bildirib.

Azərbaycan vətəndaşının cinayətkar dəstənin liderlərindən biri olduğu deyilir.

Qeyd edilir ki, o, ağır cinayətlərin törədilməsi, xüsusi halda cinayətkar qruplaşmanın tərkibində odlu silahın tətbiqi ilə hücumlarda iştiraka görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.

Ukrayna Təhlükəsizlik Xidməti müəyyən edib ki, axtarılan şəxs Ukraynanın mərkəzi hissəsində kiçik qəsəbədə gizlənirdi. O, hazırda həbsdədir.

Saxlanılan şəxsin Azərbaycana ekstradisiyası haqqında məsələni həll edilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}