TOVUZDAKI QƏTL İŞİ: şübhəliləri marketdən alınan “skoç” ələ verib

 

Fevral ayının 24-də Tovuzda baş vermiş qətllə bağlı yeni məlumatlar daxil olub. Rayonun Mərdan Musayev küçəsində yerləşən evdə meyitləri tapılan ər-arvad Fərman Məmmədovun və Pakizə Mirzəyevanın qətli ətrafında müəmmaların davam etdiyi vaxtda saytımıza rayondakı mənbələrdən olduqca maraqlı və şokedici xəbərlər verilməkdədir.

Sözçü.info musavat.com-a istinadən xəbər verir ki, martın 6-da yayılan xəbərdə ər-arvadın qətlində şübhəli bilinən xeyli şəxs dindirməyə çağırıldığı bildirilib.

Şübhəlilər arasında Ruhiyyə adlı gənc qadının olduğu deyilirdi. Başqa şübhəli şəxs qismində istintaqa cəlb edilən şəxs "Krokodil” ləqəbli xalça alverçisidir.

Məlumata görə, "Krokodil”in əsl adı Mahirdir və o, Tovuzun Xatınlı kənd sakinidir. Saxlanılanlar arasında mərhum Fərman Məmmədovun oğlu Fərid Məmmədovun dostlarının olduğu haqda da bilgilər var. Bir başqa şübhəlinin Şəmkir sakini olduğu barədə də məlumat yazmışdıq.

Yeni məlumatlara əsasən, bu qətl işi ilə bağlı şübhəli şəxslərin izinə marketdən aldıqları "skoç” vasitəsilə düşülüb. Xatırladaq ki, qətlə yetirilən Fərman Məmmədovla Pakizə Mirzəyevanın meyitləri aşkar edilərkən onların hər ikisinin əlləri "skoç”la bağlı olub. Görünür istintaq cinayəti bu detaldan araşdırmaq qərarına gəlib. Nəticə məlum olub ki, cinayətdə iştirakda şübhəli bilinən şəxslərdən biri və ya bir neçəsi "Xatınlı döngəsi” adlanan ərazidəki marketdən "skoç” alarkən təhlükəsizlik kameralarına düşüb. İstintaq bu detalı araşdırarkən başqa şübhəlilər haqda məlumat toplaya bilib.

Digər məlumata görə, şübhəli şəxs kimi saxlanılan Ruhiyyə Fərman Məmmədovun bu yaxınlarda Rusiyanın Soçi şəhərində daşınmaz əmlak satdığını, həmin satışdan əldə edilən pulun evdə saxlandığını haradansa öyrənib. Mənbə bildirir ki, qadın, bu informasiyanı cinayətdə şübhəli bilinən digər şəxslərə bildirib. Səhərə yaxın ev sahiblərinin qapını Ruhiyyəyə açmalarının səbəbi isə o olub ki, qadın Fərman Məmmədovun yaxın qohumudur. Onun evin qapısını döyməsi, Fərman Məmmədovda heç bir şübhə yaratmayıb. Qapı açıldıqdan sonra isə məlum hadisə baş verib...

Cinayətdə istifadə olunan avtomobilin dövlət nömrə nişanı saxta olub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}