Maşının qızdırıcısının içində telefonlar keçirmək istədi, tutuldu –Gömrükdə əməliyyat + FOTOLAR

Maşının qızdırıcısının içində telefonlar keçirmək istədi, tutuldu –Gömrükdə əməliyyat + FOTOLAR

 

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, maşına baxış zamanı həmin nəqliyyat vasitəsinin qızdırıcısının içərisində 7 ədəd "Samsung Galaxy J3 6", 5 ədəd "Samsung Galaxy J3", 1 ədəd "Samsung Galaxy J3 Pro", 1 ədəd "Homtom" markalı, ümumilikdə 14 ədəd mobil telefonlar, 13 ədəd yükləyici, 13 ədəd USB kabel və 13 ədəd qulaqcıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}