Bakı vağzalında dəhşətli intihara cəhd - Satıcı qız özünü 3-cü mərtəbədən atdı

Bakı vağzalında dəhşətli intihara cəhd - Satıcı qız özünü 3-cü mərtəbədən atdı

 

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, 2000-ci il təvəllüdlü Astara rayon sakini Ağazadə Şəbnəm Əhməd qızı günorta saatlarında özünü Avtovağzal Ticarət Mərkəzinin üçüncü mərtəbəsindən yerə atıb.

Yaralı açıq kəllə-beyin travması alıb. O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qız Avtovağzal Ticarət Mərkəzində satıcı kimi fəaliyyət göstərir. Hadisə iş vaxtı baş verib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}