Ötən gün ərzində 100 cinayət faktı qeydə alınıb –Onların 15-i “isti izlər”lə açılıb (DİN)

Ötən gün ərzində 100 cinayət faktı qeydə alınıb –Onların 15-i “isti izlər”lə açılıb (DİN)

 

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 100 cinayət faktı qeydə alınıb, onların da 15-i "isti izlər”lə açılıb.

DİN Mətbuat XidmətindənSozcu.info- a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}