Qızdan 79 yaşlı nənəsinə qarşı DƏHŞƏTLİ ƏMƏL - ŞƏKİDƏ ŞOK OLAY

Qızdan 79 yaşlı nənəsinə qarşı DƏHŞƏTLİ ƏMƏL - ŞƏKİDƏ ŞOK OLAY

 

Şəkidə 79 yaşlı nənəsini öldürməkdə təqsirli bilinən Reyhan Davudovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sozcu.info xəbər verir ki, bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, qətl hadisəsi ötən il noyabrın 11-də Şəki şəhəri, Giləkli küçəsi 23 ünvanında baş verib.

79 yaşlı Nübar Sadıqova qız nəvəsi, 30 yaşlı Reyhan Davudova tərəfindən amansız şəkildə öldürülüb.

Hadisə baş verən vaxt Reyhan Davudova evdə nənəsi ilə tək olub. O, əvvəlcə nənəsini boğub, daha sonra çəkiclə qoca qadının başına bir neçə dəfə zərbə endirib.

Reyhan Davudova qətli törətdikdən sonra taksiyə əyləşərək rayon polis şöbəsinə gedib və törətdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, hadisədən bir həftə sonra Nübar Sadıqovanın digər nəvəsinin toy mərasimi olacaqmış.

İstintaq orqanı tərəfindən Reyhan Davudovanın barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məlum olub ki, yaşlı qadının qətlə yetirən Reyhan Davudova ruhi xəstə olub, bir neçə dəfə əsəb xəstəliyindən müalicə olunub.

Növbəti proses mayın 11-də davam edəcək./publika.az/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}