Keçmiş arvadını öldürməkdə suçlanan şəxs məhkəmədə özünü yandırdı

Keçmiş arvadını öldürməkdə suçlanan şəxs məhkəmədə özünü yandırdıNəsimi Rayon Məhkəməsində təqsirləndirilən şəxs özünü yandırıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, 34 yaşlı Samir Əliyev özünə od vuraraq yandırıb.

Qeyd edək ki, Samir Əliyev iyulun 8-dən həbsdədir. Bu gün istintaq müddətinin uzadılması ilə əlaqədar onu Nəsimi Rayon Məhkəməsinə gətiriblər.

Məhbusun həyat yoldaşı Zəminə Əliyeva virtualaz.org saytına ərinin qışqırıq səsini eşidib zala keçmək istədiyini, amma ona imkan vermədiklərini deyib: “Qapıda gözləyirdim, gördüm qışqırıq gəlir, icəri qaçdım, vəkillər çıxıb dedilər ki, özünü yandırıb”.

Nəsimi Rayon Məhkəməsindən zənglərimizə cavab verən olmadı.

Təqsirləndirilən şəxsin vəkili Elnur Quliyev isə virtualaz.org saytına açıqlamasında Samir Əliyevin məhkəmə zalında alışqanla özünə od vurduğunu deyib: “Hakim həbs müddətinin uzadılması ilə bağlı qərarı elan etdi. Samir qanunsuz olaraq həbsdə saxlanıldığını dedi və qərara etiraz əlaməti olaraq əynindəki gödəkçəyə alışqanla od vurdu. Məhkəmə nəzarətçiləri dərhal müdaxilə etdilər, ciddi xəsarət almasına imkan vermədilər”.

Qeyd edık ki, bu il iyulun 6-da gecə saat 01.30 radələrində Bakı - Quba yolunun 55-ci kilometrliyində yandırılmış qadın meyidi tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. 34 yaşlı Natəvan Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl – iyunun 25-dən 26-na keçən gecə onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olubmuş. Meyit tapılandan bir neçə gün sonra Natəvan Əliyevanın keçmiş həyat yoldaşı Samir Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub. Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs qərarı çıxarılıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}