Paytaxtda başı kəsilən şəxsin kimliyi məlum oldu

Paytaxtda başı kəsilən şəxsin kimliyi məlum olduNizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində bu gün səhər saatlarında Qara Qarayev 55 ünvanında bıçaqlanaraq və boğazı kəsilərək qətlə yetirilən şəxsin 23 yaşlı Elnur Balaşirin oğlu Nəsirov olması müəyyən edilib.

25-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxsin E.Nəsirovun əmisi oğlu Elşən Nəzir oğlu Nəsirov olması müəyyən edilib və o tutulub.

İlkin məlumata görə, E.Nəsirov əmisi oğlunu qısqanclıq zəminində qətlə yetirib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

* * *11:09

Bakıda qətl törədilib.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumatına görə, hadisə bu gün saat 10.30 radələrində Qara Qarayev 55 ünvanında qeydə alınıb. 25-30 yaşlarında kişi küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşları gəlib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin, həmçinin, qətlə yetirilən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə şahidlərinin sayta verdiyi məlumata görə, qətlə yetirilən şəxsin başı kəsilib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}