"Qadın da bilirdi ki, İsgəndər hər şeydən xəbərdardır" - POLİSİN QƏTLİ İLƏ BAĞLI TƏFƏRRÜAT

"Qadın da bilirdi ki, İsgəndər hər şeydən xəbərdardır" - POLİSİN QƏTLİ İLƏ BAĞLI TƏFƏRRÜATBakıda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub. APA TV-nin məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov keçmiş həyat yoldaşının evinə gələrək, əvvəllər Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsində işləyən polis əməkdaşı, 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.

Hadisənin qısqancıq zəminində baş verdiyi bildirilir. İ. Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. Nicat Şəbiyevin hadisə baş verən həyətdə fəhlə işlədiyi bildirilir. Saxlanılan Bəbirovun yaxın qohumunun sözlərinə görə, İsgəndər qətlə yetirilən polis əməkdaşına dəfələrlə onun evinə gəlməməyi tövsiyə edib.

"Tanıyırdı həmin şəxsi. Hətta ona xəbərdarlıq da etmişdi ki, çəkil bu yoldan".

Polis İdarəsindən hadisənin namus üstündə baş verdiyi, qətlə yetirilən şəxsin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olduğu qeyd olunub. İlkin məlumata görə, İsgəndər Bəbirov ov tüfəngi ilə həyətə girərək bir neçə atəş açıb. Güllələrdən biri Malik Muradovun baş nahiyəsinə dəyib.

"Qadın da bilirdi ki, İsgəndər hər şeydən xəbərdardır. Hətta Malik İsgəndəri hədələyirdi ki, mən polis işçisiyəm-filan, qanuni tədbir görərəm".

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, saxlanılan İsgəndər Bayraməli oğlu Bəbirov 5 uşaq atasıdır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}