Şahid həbsdə olan polkovnikə: "Yalan deyənin balası ölsün"

Şahid həbsdə olan polkovnikə: "Yalan deyənin balası ölsün"

 

800 min manatlıq dələduzluqda təqsirli bilinən keçmiş polkovnik Sahib Şükürovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində təqsirləndirilən şəxsin tanışı Qədir Soltanov dindirilib. O bildirib ki, əvvəllər dələduzluğa görə ittiham edilib və həbs həyatı yaşayıb: "Həbsdən təzə çıxmışdım. Sahiblə qonşuluqda yaşayırdım. Sahibə dedim ki, iki nəfər var, həbsdədirlər, onları azadlığa çıxarsaq, yaxşı hörmət olacaq. O da razılaşdı. Bir neçə nəfərdən maraqlandım. Sonra yanımıza Natiq adlı şəxs gəlib çıxdı. Natiq bu işi həll etmək üçün bizdən 100 min istədi. Özü üçün də şirinlik istədi. Sahib dedi ki, nağd şəkildə 60 mini var. Mən də dedim ki, bu qədər pulları varsa, onlardan 100 minin qalanını niyə almırsan? Sahib dedi ki, qalanı qızıldır və dəyər-dəyməzinə satmaq istəmir. Mən evi girov qoyub, faizə pul götürdüm. 42 min götürüb, 40 minini Sahibə verdim. Biz Natiqlə danışmışdıq ki, əvvəlcədən pul verilməyəcək. Məhkəmənin qərarı olmadan pulu verməyəcəyik. 10 gün sonra məhkəmə oldu. Amma iş alınmadı və həbs edilən şəxslər azadlığa çıxmadı. Natiqlə ağızlaşdım".

Şahid ifadəsində deyib ki, Sahiblə bundan sonra münasibətləri pisləşib: "Sahiblə görüşdüm. Mənim götürdüyüm pulun birinci ayının faizini Sahib verdi. Sonra dollar qalxdı. Mənim borclarım artdı. Bir müddət sonra Sahib mənə bir cüt sırğa və üzük verdi. Onu 50 minə satıb götürdüyüm pulun bir hissəsini ödədim. Qalan pulu da ödəmək üçün rayondakı evimi satdım. Vallah bundan başqa heç nə almamışam".

Təqsirləndirilən şəxs isə Qədir Sultanova iki dəst brilliant verdiyini deyib: "Natiq Məmmədovla məni Qədir tanış edib. Natiqin Heydər Əliyev Fondunun işçisi olduğunu bilirdim. Bu iş alınmayandan sonra dəfələrlə məndən xahiş elədi. Qohumları da xahiş edirdi ki, bunu bağışlayım. Qədirin mənə əvvəldən 79 min borcu var idi".

Qədir Sultanov isə buna etiraz edib və qışqırmağa başlayıb: "Qurana and olsun yalan deyir. Yalan deyənin balası ölsün. Sahib, tutulursansa, kişi kimi tutul. Adam kişi olar".

Məhkəmə iclası iyulun 4-də davam etdiriləcək.

Qeyd edək ki, S.Şükürov ümumilikdə 800 min manata yaxın dələduzluq etməkdə təqsirli bilinir.

Sabiq polkovnik İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovanın qızının cinayət işinə xitam verdirəcəyi vədi verərək, onların pulunu dələduzluq yolu ilə ələ keçirib.

S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir, daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə illik azadlıqdan məhrum edilib.

S.Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir./lent.az/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}