Sabunçuda qətl törədən 19 yaşlı gənc hakim qarşısında - öldürdüyü şəxs məhəlləyə qızla gəlibmiş

Sabunçuda qətl törədən 19 yaşlı gənc hakim qarşısında - öldürdüyü şəxs məhəlləyə qızla gəlibmiş

 

Aralarında yaranmş mübahisədən sonra tanışını öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Sozcu.info  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkmə iclası başlayıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası avqustun 16-na təyin edilib.

Qətl hadisəsi ötən ilin dekabr ayının 18-də Sabunçu rayonunda baş verib. E.Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci polis bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Heydərov saxlanılıb.

İlkin məlumata görə, 19 yaşlı Emil Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Həziyev Nicat Qulam oğlu ilə bir məhəllədə yaşayıb.

Polis tərəfindən saxlanılan Emil bildirib ki, özündən 6 yaş böyük Nicatı mübahisə zəminində öldürüb.

O deyib ki, Nicatın bəzi hərəkətlərindən xoşu gəlməyib. Belə ki, 25 yaşlı Nicat Həziyevin məhəllədə qızla gəzməsi Emili narahat edib. O, məhəllədən tanıdığı Nicata "hamımızın ana-bacısı var, belə hərəkətlər lazım deyil" kimi irad bildirib. Bundan sonra onların münasibəti kəskinləşib və aralarında münaqişə yaranıb. Münaqişə zəminində 19 yaşlı Emil Nicatı bıçaqlayaraq öldürüb./musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}