Qızı zorlayıb boğdu, anasının isə başını kəsdi - Dəhşətli qətlin təfərrüatı - YENİLƏNİB

Qızı zorlayıb boğdu, anasının isə başını kəsdi - Dəhşətli qətlin təfərrüatı - YENİLƏNİB

 


 

Cəlilabad rayonunun Qarazəncir kəndində ana və qızını qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

Sozcu.info  oxu.az-a istinadən bildirir ki, ilkin ehtimala əsasən, hadisəni Yaşar Bayramov, Rasim Kazımov və daha bir şəxs törədib. 

Onlar artıq həbs edilib.

Prokurorluqda araşdırma aparılır.

20.44

Cəlilabad rayonunun Qarazəncir kəndində baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Sozcu.info  oxu.az-a istinadən bildirir ki, Əsgərova Firuzə Mahmud qızı və Əsgərova Sənubər Ağahüseyn qızı yaşadıqları evdə qətlə yetiriliblər.

"Firuzənin başını kəsib, 50 metr sürüyüb və tövlədə gizlədiblər. Sənubər isə evdə yaylıqla boğulub. Qız birinci qrup əlildir. Ailə orta imkanlı ailədir.

Ana və qız vərəm xəstəsi olduğu üçün qapalı şəraitdə yaşayırdılar. Onların evinə kimsə gəlib-getmirmiş. Meyitlər iylənəndən sonra aşkar edilib", - məlumatda deyilir.

Hadisənin qisas məqsədilə törədildiyi ehtimal olunur.

13:23

Cəlilabad rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. 

 

Sozcu.info xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, 86 yaşlı Firuzə Əskərova və onun qızı 46 yaşlı Sənubər Əskərovanı öldürməkdə şübhəli bilinən qonşuları, "Cıkma" ləqəbli Yaşar Bayramov saxlanılıb.

"Cıkma" uzun illər əvvəl mərhumun oğlu Qiyası bıçaqlayaraq yaralayıb. Qiyasın şikayəti ilə həbs edilərək azadlıqdan məhrum edilib. "Cıkma" isə həbsdən çıxdıqdan sonra Qıyası öldürəcəyini deyib. Lakin onun azadlığa çıxdığı gün Qiyas xəstəlikdən vəfat edib. 

İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb. 

Belə ki, o, Bakıda daş karxanasında işləyirmiş, iki gün əvvəl kəndə qayıdıb. Dünən isə mərhum Firuzə Əskərova ilə mübahisəsi yaranıb.

Axşam saatlarında onların evinə gedən Y.Bayramov S.Əskərovanı zorlayıb, sonra isə boğaraq öldürüb. F.Əskərovanı isə evin arxasında başını kəsib və tövləyə qədər sürüyərək aparıb. Qan izləri də yerdə qalıb. Onun başı kəsilmiş meyitini tövlədə qoyaraq çıxıb gedib.

S.Əskərova ailə həyatı qurmayıb. O anası ilə həmin evdə tək yaşayıb. 

Y.Bayramov 3 dəfə evil olub. Birinci arvadından 3 övladı dünyaya gəlib, indi isə 3-cü arvadı hamilədir.





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}