Tanınmış italyan şirkəti azərbaycanlı iş adamını məhkəməyə verib –3 milyon avronu ödəmək istəməyib

Tanınmış italyan şirkəti azərbaycanlı iş adamını məhkəməyə verib –3 milyon avronu ödəmək istəməyib

 

 Tanınmış italyan şirkəti azərbaycanlı iş adamını məhkəməyə verib.

"Report”un məlumatına görə, "Paghere Green Service Societa Agricola S.R.L” şirkəti Fərhad Əhmədov və onun şirkətinə qarşı iddia qaldırıb.

İddiada bildirilir ki, Fərhad Əhmədova məxsus "Baku Caspian Real Estates Limited” MMC – italyan şirkətinə ödənməli olan 3 milyon avronu ödəməyib. Qeyd olunur ki, xarici şirkət 2016-cı ildə Fərhad Əhmədova məxsus şirkətlə Bilgəh qəsəbəsində yerləşən 6 hektar ərazidə abadlaşdırma, yaşıllaşdırma işləri aparılması ilə bağlı kontrak imzalanıb. Müqaviləyə əsasən, italyan şirkətinə bu işlərin müqabilində ümumilikdə 12 milyon avro və əlavələr ödənilməliymiş. Lakin işlərin yekunlaşmasına çox az vaxt qalmış Fərhad Əhmədova məxsus şirkət 3 milyon avronu ödəmək istəməyib və italyanları ərazidən çıxarıb.

Bununla bağlı "Paghere Green Service Societa Agricola S.R.L” şirkəti London Məhkəməsinə müraciət edərək maddi və mənəvi zərərə görə 5 milyon avroluq iddia qaldırıb. Şirkətin Azərbaycandakı hüquqi nümayəndəsi vəkil Kamandar Nəsibov "Report”a deyib ki, cinayət tərkibi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediləcək.

Qeyd edək ki, Fərhad Əhmədov Rusiyada yaşayır. O, "Rusiyanın ən varlı 200 biznesmeni” siyahısında 67-ci yerdə qərarlaşıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}