Bakıda şok olay: 30 qadına və azyaşlı qıza əxalqsızlıq edən manyak saxlanıldı - FOTO

Bakıda şok olay: 30 qadına və azyaşlı qıza əxalqsızlıq edən manyak saxlanıldı - FOTO

 

Xətai Rayon Polis İdarəsinin əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən paytaxt sakini Rauf Süleymanov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, araşdırma zamanı saxlanılan şəxsin əsasən səhər saatlarında azyaşlılara və qadınlara hücum edərək onlara qarşı əxlaqsız hərəkətlər etməsi müəyyən edilib.

Rauf Süleymanov ifadəsində Xətai, eləcə də ətraf rayonların ərazisində 30-a yaxın şəxsə qarşı bu cür hərəkətlər etdiyini bildirib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 153.2 (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Rauf Süleymanovun əməllərindən zərərçəkən və hələ də polisə müraciət etməyən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə məlumat verə bilərlər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}