Mənzil fırıldağı, həbsdə olan iş adamı, 24 zərərçəkmiş və…

 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, vergidən yayınmaqda ittiham olunan 63 yaşlı Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sozcu.info -un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Eyni mənzilləri başqa-başqa şəxslərə satmaqda təqsirləndirilən iş adamı ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

Prosesdə zərərçəkmiş Natiq Ağamirzəli ifadə verib. İttihamda göstərilib ki, iş adamı məzil satmaq adı ilə N.Ağamirzəlinin 13 minini ələ keçirib. N.Ağamirzəli isə ifadəsində mənzil almaq üçün 42 min pul ödədəyini bildirib. X.Cəfərov ona 13 mini ödəyəcəyini deyib. Zərərçəkmiş pulun qalan hissəsini Vüqar Əliyev və başqa şəxslər vasitəsi ilə X.Cəfərova verdiklərini deyib. Zərərçəkmiş deyib ki, X.Cəfərovun ona verdiyi arayış əsasında 42 min ödəyib və hazırda pulunu tələb edir. X.Cəfərovun vəkilləri bildirib ki, bütün zərərçəkmişlərlə barışıq əldə edilib. Yalnız Natiq Ağamirzəli ilə razılıq yoxdur.

Məhkəmədə elan olunub ki, iş üzrə 12 epizod üzrə 24 nəfər zərərçəkmiş var. X.Cəfərov bildirib ki, 12 nəfər mənzil sahibidir. Digər 12 nəfər isə eyni evləri ikinci dəfə alan şəxslərdir. X.Cəfərov həmin 12 nəfərlə barışıq əldə etdiklərini bildirib.

Qeyd edək ki, X.Cəfərovun rəhbəri olduğu "Avro Qrand" şirkəti Binəqədi rayonu Arif Məmmədov küçəsi, 10 ünvanında bina inşa edib. Nağd ödəniş edərək ev alan sakinlər nə mənzillərinə köçə biliblər, nə də pulları qaytarılıb. Binadakı bir neçə mənzil eyni vaxtda üç-dörd nəfərə satılıb. Tikintinin yarımçıq qaldığını görən sakinlər araşdırma aparmağa başlayıblar. Bir müddət sonra onlar müəyyən ediblər ki, şirkətin rəhbəri bir mənzili bir neçə şəxsə sataraq onları aldadıb. Sonuncu dəfə iki otaqlı mənzili ucuz qiymətə növbəti şəxsə satarkən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

X.Cəfərova 1 milyon 30 min manat vergidən yayınmaqla bağlı ittiham irəli sürülüb. Onun 2 milyondan artıq dəyəri olan əmlakına həbs qoyulub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}