Azərbaycanda 4 dostdan ŞOK ƏMƏL: maşında və qəbiristanlıqda zorladılar, videoya çəkdilər, sonra...

Azərbaycanda 4 dostdan ŞOK ƏMƏL: maşında və qəbiristanlıqda zorladılar, videoya çəkdilər, sonra...

 

Tovuz rayon sakinləri – 1995-ci il təvəllüdlü Kənan Məmmədov, 1994-cü ildə anadan olmuş Ramal Babayev, Əli Əhmədov və Səlim Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İntim video ilə şantaj

Sozcu.info xəbər verir ki, Kənan Məmmədov Samir Vəliyevin başqa-başqa oğlanlarla görüşüb, onlarla intim əlaqədə olmasını bilib. O, Samir Vəliyev ilə intim əlaqədə olmaq üçün şantaj etməyə başlayıb.

Kənan Məmmədov bu istəyini həyata keçirmək üçün Samir Vəliyevin mobil telefonuna zəng edib. Ona maşınında Səlim və Əli ilə onun etdiyi hərəkətləri videoya çəkməsini və internetə qoyacağını xatırladıb, onunla da görüşüb, eyni hərəkətləri etməsini bildirib.

Öpüşməsindən rüsvay olacaqdı

Samir Vəliyev Əli və Səlim ilə etdiyi hərəkətlərə, öpüşməsinə görə, rüsvay olacağından qorxub. Bununla da Kənan Məmmədovdan asılı vəziyyətə düşüb, onun həmin təklifi ilə razılaşıb.

Kənan Məmmədov Samir Vəliyevi idarə etdiyi "Mercedes Benz C 240" markalı avtomobilin salonuna mindirib, ona həmin vaxt seksual xarakterli hərəkətlər etməsini təklif edib.

Qəbristanlıqda seksual hərəkət

Kənan Məmmədov avtomobili idarə edərək Samir Vəliyevi Tovuz rayonu Əyyublu kəndinin ərazisində yerləşən qəbiristanlığa aparıb.

Orada avtomobilin salonunda Samir Vəliyev ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonra Kənan Məmmədov Samiri seksual xarakterli hərəkətlərə məcbur edib.

Seksual manyak dəstəsi

Daha sonra Kənan Məmmədov tanışları - Ramal Babayev, Əli Əhmədov və Səlim Səlimov ilə birlikdə cinsi ehtiraslarını təmin etmək məqsədilə 22 mart 2015-ci ildə yaşadıqları Tovuz rayonu Əyyublu kəndində həmkəndliləri Samir Vəliyevə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək üçün qabaqcadan əlbir olublar.

Dəstə üzvləri Kənan Məmmədova məxsus "Mercedes Benz C 240" markalı avtomobili ilə Samir Vəliyevin olduğu yerə gəliblər. Dəstə üzvləri saat 12 radələrində Samir Vəliyevi kəndin arasından götürüblər.

Növbəti şantaj videosu

Daha sonra onlar avtomobillə kənddən aralıda yerləşən "Sarıqaznaq” adlanan boş əraziyə gəliblər. Həmin vaxt dəstənin digər üzvü Ramal Babayev idarə etdiyi "Mercedes-Benz Spirinter" markalı mikroavtobusu sürüb, Kənan, Səlim və Əlinin olduğu yerə gəlib.

Dəstə üzvlərini Samir Vəliyevlə cinsi əlaqədə olmalarını videoya çəkib və daha sonra evlərinə qayıdıb. Bir neçə saat sonra kənd içinə çıxan Ramal Babayev videonu Samir Vəliyevə göstərib, onunla cinsi əlaqədə olmasını tələb edib.

Fermada zorakılıq

Daha sonra Samir Vəliyev Ramal Babayevin idarə etdiyi mikroavtobusa minib, birlikdə Şəmkir rayonu Düyərli kəndi ərazisində yerləşən ailəsinin qoyun saxlatdırdığı fermanın yaxınlığına gəliblər.

Orada Samir Vəliyev Ramal ilə intim əlaqədə olmaq istəməyib. Bu zaman Ramal Babayev Samiri döyərək, zorla əynində olan palatarını soyundurub. Sonra onunla cinsi əlaqədə olub. Həmin vaxt Samir Vəliyev döyülməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İş məhkəmədə

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndiririlən şəxslərin barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Kimin əməli sübuta yetirildi?

Cinayət işi üzrə araşdırma aparılan zaman təqsirləndirilən şəxslərdən yalnız Kənan Məmmədovun əməli sübuta yetirilib.

Lakin onun barəsində elan olunmuş Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi həmin məcəllənin 151.1-ci (əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə) maddəsinə tövsif edilib.

Həmin məcəllənin sanksiyasına uyğun olaraq Kənan Məmmədova 1 il 8 ay 9 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Digər təqsirləndirilən şəxslərin əməli sübuta yetirilməyib. Məhkəmə Ramal Babayev, Əli Əhmədov və Səlim Səlimovun barəsində bəraət hökmü çıxarıb.

Prokurordan etiraz

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror protestində təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Bir müddət əvvəl Gəncə Apelyasiya Məhkəməsində prokurorun protestinə baxılıb və təmin olunmayıb. Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib.

Prokurorun kasasiya protestinə Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası prokurorun protesti əsasında Gəncə Apelyasiya Məhkəməsinin qərarını ləğv edib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.

Bu səbəbdən iş materialları baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılıb. Şikayət araşdırılması üçün hakim Əlizamin Abdullayevin icraatına verilib.

İş üzrə yaxın günlərdə yenidən məhkəmə prosesi başlanacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}