Ərini öldürən qadın və tanışı barəsində həbs qətimkan tədbiri uzadılıb

Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
 
APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin qərarı ilə L. Mahmudova və S. Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay artırılıb.
 
Qeyd edək ki, Kamran Mahmudovun 26 sentyabr 2015-ci il tarixdən itkin düşməsi barədə hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Bakı şəhər sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olub əri K.Mahmudovu öldürmək məqsədi ilə sonuncuların yaşadığı mənzilə gəlib.
 
S. Məmmədov K. Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə atəş açaraq qəsdən öldürüb və meyiti L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək özünə məxsus BMW markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıblar.
 
Cinayətin S.Məmmədov və L.Mahmudova tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar ötən il oktyabrın 3-də tutularaq istintaqa cəlb olunublar. Həmin vaxt onların hər birinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}